Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, telefon danışığı zamanı beynəlxalq gündəlikdə duran aktual məsələlər, Suriya konflikti və Misirdəki hadisələr müzakirə olunub, Yaxın Şərq regionunda böhranın daha da gərginləşməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu ilin payızında Moskvada Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasını keçirmək və Sankt-Peterburqda keçiriləcək “Böyük 20-lər”in sammitində dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.