Rusiya prezidenti Vladimir Putin İran hakimiyyətini müdafiə edib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Kremlin yiyəsi bildirib ki, Kütləvi Qırğın Silahının yayılması ilə bağlı Tehranın üzərinə götürdüyü öhdəliyi pozmasına dair dəlil-sübut yoxdur.
«Bu sahədə İranın qaydalara əməl etməsinə mənim şübhəm yoxdur. Çünki bunun əksini təsdiqləyən sübut yoxdur. AEBA-nın sonuncu hesabatı da bunu təsdiqləyir»-deyə, Putin söyləyib.