Rusiya prezidenti Vladimir Putin baş nazirin müavini Vladislav Surkovu tutduğu vəzifədən azad edib. APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, baş nazirin müavini Vladislav Surkov tutduğu vəzifədən öz arzusu ilə azad edilib.
Qeyd edək ki, V.Surkov Rusiya siyasi elitasında önəmli şəxslərdən biri sayılır. Rusiya müxalifyönlü mətbuatı onu indiki Rusiya hakimiyyətinin “boz kardinalı” adlandırır.