Rusiya Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək niyyətindədir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Gümrüdə keçirilən Ermənistan-Rusiya regionlararası forumunda deyib. “Zaqafqaziyaya gəldikdə, biz buradan getməyə heç vaxt hazırlaşmamışıq. Əksinə, biz Zaqafqaziyada öz mövqelərimizi möhkəmləndirməyə hazırlaşırıq”, deyə o söyləyib.
Rusiya prezidenti bölgədə mövqelərini möhkəmləndirərkən sələflərdən qalan yaxşı nə varsa ona, eyni zamanda bütün bölgə ölkələri ilə, o cümlədən Ermənistanla mehriban münasibətlərə əsaslanacaqlarını vurğulayıb. V. Putin əmin olduğun bildirib ki, Ermənistanın Avrasiya inteqrasiya layihəsinə (Gömrük İttifaqına) qoşulması onun iqtisadi potensialını ciddi şəkildə möhkəmləndirəcək, bu ölkədə investisiya mühitini yaxşılaşdıracaq və birbaşa işgüzar əlaqələrin inkişafına şərait yaradacaq.
S. Sarkisyan isə Rusiyanın “Rosneft” şirkətinin Ermənistan bazarına daxil olacağını açıqlayıb.