“Medvedyev Qarabağ münaqişəsini həll etmək istəyirdi”
10 may 2013 12:01 (UTC +04:00)

“Medvedyev Qarabağ münaqişəsini həll etmək istəyirdi”

Rusiya bu münaqişənin nizamlanmasında öz rolundan heç bir vəchlə imtina etmir və ATƏT-in Minsk Qrupunun həmsədri kimi konfliktin həllinə kömək göstərməyə davam edəcək. Dağlıq Qarabağa münaqişəsi əbədi olaraq dondurulmuş qala bilməz”. APA-nın məlumatına görə, bu fikirləri politoloq Sergey Markov deyib.

 

O qeyd edib ki, sabiq prezident Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin həll etmək istəyirdi: “O qarşısına belə bir məqsəd qoymuşdu, çox enerji sərf etdi, lakin məqsədinə nail ola bilmədi. Böyük ərazilərin boş, məskunlaşmamış qalması, on minlərlə məcburi köçkünün doğma yurdundan uzaqlarda yaşaması ədalətsizlikdir. Düzdür, məcburi köçkünlər artıq düşərgələrdə yaşamır, lakin çox böyük ərazilərin ölü torpağa çevrilməsi, orada heç kimin yaşamaması, bütün infrastrukturun məhv olması son dərəcə böyük ədalətsizlikdir”.

 

Politoloq bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi həll prosesinin dondurulmuş vəziyyətdən çıxarılmasına çalışır: “Eyni zamanda biz hərbi əməliyyatların yenidən başlamasına da imkan verə bilmərik. Siyasi nizamlamadan başqa, iqtisadi, mədəni, humanitar əməkdaşlığı da inkişaf etdirmək lazımdır. Buna görə də biz ölkələr və xalqlar arasında qarşılıqlı əməkdaşlığın başlaması üçün regionda bütün sərhədlərin maksimum dərəcədə açılmasını istəyirik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2837
avatar

Oxşar yazılar