Bu gecə saat 03:00 radələrindən başlayaraq PKK terror təşkilatının üzvləri qruplar şəklində Türkiyədən Şimali İraqa çəkilməyə başlayıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, terrorçular Hakkari üzərindən Şimali İraqa keçirlər. PKK-ya yaxınlığı ilə seçilən Barış və Demokrat Partiyasının həmsədri Gültan Kışanak da ilk PKK qrupunun Şimali İrandakı düşərgələrə doğru hərəkət etdiyini söyləyib.