Türkiyədə anti-terror əməliyyatları davam edir. Lent. az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Şırnak ərazisində PPK terror təşkilatının gənclər qanadı hesab olunan “Yurdsevər İnqilabçı Gənclik Hərəkatı üzvlərinə qarşı əməliyyat keçirilib.
Keçirilən əməliyyatda 9 nəfər həbs olunub. Digər üç terrorçunun saxlanması istiqamətində əməliyyatlar davam etdirilir.
Qeyd edək ki, terrorçular yoldan keçən vətəndaşları saxlayaraq, onlardan şəxsiyyət vəsiqələrini istəyirlər. 24 yaşlı gəncin şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün həmin şəxs terrorçular tərəfindən yaralanıb.