Pakistan hakimiyyəti bildirib ki, 2008-ci ildən etibarən ABŞ-ın pilotsuz uçan aparatlarının həmləsi nəticəsində 67 dinc sakin həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Pakistanın Müdafiə Nazirliyi bildirib ki, ümumi qurbanların 3 faizini dinc vətəndaşlar təşkil edir, bu isə müstəqil təşkilatların dəyərləndirməsindən xeyli azdır.
Amerikalı aparatlar 300-dən artıq zərbə endirib və bunun nəticəsində iki mindən çox araqlı öldürülüb.
Nazirliyin məlumatına əsasən, builki aviazərbələr nəticəsində dinc sakin həlak olmayıb.
Xatırladaq ki, Pakistanda bir çoxları pilotsuz uçan aparatlardan istifadəyə etiraz edir.Bu yaxınlarda ABŞ konqresində çıxış edən pakistanlı aviazərbə zaman anasının həlak olmasından və övladının yaralanmasından danışıb.