Peterburqun mərkəzində institut binası yanıb
30 may 2013 01:43 (UTC +04:00)

Peterburqun mərkəzində institut binası yanıb

 

Mayı 29-da gece saatlarında Peterburq Politexnik İnstitutunda 1,5 min metr sahəni yanğın bürüyüb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, şəhərin Moskva prospektində yerləşən institutun binasında auditoriya və laboratoriyalar yerləşir.

 

Əvvəlcə yanğının ancaq binanın damında baş verdiyi haqda xəbər yayılmışdı, ancaq bir müddət sonra alovun 5-ci mərtəbəni bürüməsi haqda açıqlama verilib.

 

Hadisə baş verən zamanı binada adam olmayıb. Bununla belə xəsarət alan, həlak olan və ya köçürülənlər barədə də rəsmi məlumat verilməyib. 

# 360
avatar

Oxşar yazılar