Peterburqun Primorsk rayonunun «Pioner» metro stansiyasında naməlum şəxs Özbəkistandan olan 21 yaşlı mühaciri bıçaqlayıb.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, zərərçəkən bildirib ki, metronun «Pioner» dayancağında dostuna zəng edirmiş, bu zaman ona slavyan görünüşlü bir nəfər yaxınlaşıb, rədd cavabı aldıqdan sonra Özbəkistan vətəndaşının bıçaqlayaraq, qaçıb.