Pərviz Müşərrəfə qarşı yeni iddia - «dövləti cinayət»
19 noyabr 2013 03:13 (UTC +04:00)

Pərviz Müşərrəfə qarşı yeni iddia - «dövləti cinayət»

Pakistanın Ədliyyə Nazirliyi ölkənin ali məhkəməsinə keçmiş prezident, general Pərviz Müşərrəfin «dövləti xəyanət» işlətməsi haqda cinayət işinin başlanması ilə bağlı müraciət edib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu ittihamla ona qarşı iki dəfə   iddia qaldırılıb. Bu ilin aprelində Ali Məhkəmə onu əfv edib.

 

Yeni iddiaya əsasən, 2007-ci il noyabrın 3-də «fövqəladə vəziyyət elan edib, məhkəmə hakimlərini həbs» etməklə general «ədliyyə sisteminin müstəqilliyini pozub».

 

Ali məhkəmə göndərilən müraciətdə P.Müşərrəfini ittiham olunması üçün 3 hakimdən ibarət özəl tribunalın yaradılması istənilib. Noyabrın 18-də «xüsusi prokuror» təyin edilib. Bu vəkil Zülfüqar Nakavidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513
avatar

Oxşar yazılar