Yaxın Şərqə səfəri çərçivəsində İsrailə gedən ABŞ-ın dövlət katibi Con Kerri mayın 23-də İsrail prezidenti Şimon Pereslə görüşüb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, tərəflər Fələstin-İsrail sülh danışığının bərpasını müzakirə edib.
Dövlət katibi bildirib ki, həm israillilər, həm də fələstinlilər üçün çox çətin dönəm başlayır. Onun sözlərinə görə, ediləcək güzəştlərin tapılması, danışıqların bərpası üçün ABŞ gərəkən bütün işləri görməyə hazırdır.
Ş.Peres cavabında deyib : «Sülh danışıqlar prosesinin bütün iştirakçıları üçün vacibdir».
O, bildirib ki, Con Kerrinin uğuru hamının, uğursuzluğu da ümuminindir.