Pentaqon Aralıq dənizinə 308 qanadlı raketlə  iki sualtı qayıq yollayıb
23 may 2013 21:20 (UTC +04:00)

Pentaqon Aralıq dənizinə 308 qanadlı raketlə  iki sualtı qayıq yollayıb

ABŞ-ın Hərbi Dəniz Qüvvələri Aralıq dənizinin şərqinə «Ohayo» tipli iki sualtı atom qayığı yollayıb.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, onların hər birində 1,6 min km-lik uzaqlıqdakı hədəfi vura biləcək, 154 qanadlı «Tomaqavk» raketi yerləşdirilib.

 

Mənbənin məlumatına əsasən, «Florida» adlı qayıq artıq Yunanıstanın Krit adasındakı hərbi-dəniz bazasına daxil olub. Bir neçə gün öncə həmin bazaya «Corciya» qayığı girib.

 

Kritdəki bu hərbi obyekt Suriya sahillərindən  1,1 km aralıdır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 891

Oxşar yazılar