Rusiya Federasiyası (RF) prezidenti Vladimir Putinlə ABŞ-ın dövlət başçısı Barak Obama bu il sentyabrın 3 - 4-də Moskvada Rusiya – ABŞ zirvə toplantısı keçirməyi qərara alıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, tərəflər arasında Şimali İrlandiyanın Loh-Ərne şəhərində keçirilən «Böyük 8»-liyin zirvə toplantısında Vladimir Putinlə Barak Obamanın görüşünün nəticəsi olaraq, birgə bəyanatda deyilib: «İki dövlət arasında konstruktiv xarakterli münasibətləri biz davamlı dəstəkləmək niyyəti, habelə beylənlxalq münasibətləri müzakirə etmək məqsədi ilə 2013-cü il sentyabrın 3 – 4-də Moskvada Rusiya- ABŞ zirvə toplantısı keçirmək qərarına gəlmişik».
Bundan başqa prezidentlər Rusiyanın baş naziri Dmitrii Medvedevlə ABŞ prezidentinin müavini Co Bayden arasında danışıqların genişləndirilməsində razılığa gəliblər.