Roma Papası Fransisk Vatikanın iqtisadi və icraiyyə idarələrinin yenidən qurulması üçün özəl komissiyanın yaradıldığını elan edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, komissiya departamentlərin işini daha səmərəli və şəffaf etməyə çağırılıb.
Komissiya 7 rahib və bir keşişdən ibarət olacaq.
Uyğun qurum bu yaxınlarda Vatikan bankına nəzarət üçün yaradılıb.
Xatırladaq ki, son illər Vatikanın adı çeşidli xoşagəlməz olaylarda hallanır.