BMT-nin baş katibi Pan Gi Mun Rusiyaya səfər edəcək.
APA-nın məlumatına görə, baş katib səfər çərçivəsində Rusiya rəhbərliyi ilə Yaxın Şərqdə, Şimali Afrikada vəziyyəti, Suriya böhranını, Koreya yarımadasında durumu müzakirə edəcək. Müzakirə mövzuları arasında Cənubi Qafqazda son proseslərdə də olacaq.