Pakistanın Pəncab əyalətində bir qrup naməlum silahlı mayın 9-da ölkənin keçmiş baş naziri Yusif Reza Gilaninin oğlunu girov götürüb.
Lent.az-ın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, hücum Multan şəhərində mayın 11-də keçiriləcək parlament seçkiləri ilə bağlı Gilaninin mənsub olduğu tayfanın təşkil etdiyi Pakistan Xalq Partiyası tərəfdarlarının seçkiqabağı mitinqi zamanı baş verib.
Tədbir zamanı naməlum şəxslər mitinq iştirakçılarına atəş açaraq, Əli Heydər Gilanini tutaraq, onu zorla avtomobilə mindirib naməlum istiqamətə aparıblar.
Olay zamanı siyasətçinin bir cangüdəni öldürülüb, 5 nəfər yaralanıb.
Cinayətkarlar hələlik heç bir tələb irəli sürməyib.
Bu arada ölkənin keçmiş baş naziri Yusif Reza Gilani bəyan edib ki, girov götürülmüş oğlu yaxın zamanda tapılmazsa, Multanda seçkilər baş tutmayacaq.