Pakistanın cənubunda Karaçi şəhərində qadın və körpə partlayışın qurbanı olub. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, daha 28 nəfər yaralanıb.
İki əl qumbarası isə əhalinin daha çox olduğu yerdə partladılıb.
Bu qanlı olayın məsuliyyətini hələ ki üzərinə götürən olmayıb.
Qeyd edək ki, ötən həftə Karaçidə minalanmış motoskletin partlaması nəticəsində 7 nəfər həlak olmuş, 20 çox sakin yaralanmışdı.