Pakistanda deputatlığa namizəd güllələnib
12 aprel 2013 02:47 (UTC +04:00)

Pakistanda deputatlığa namizəd güllələnib

Seçkilər yaxınlaşdıqca Pakistanda çeşidli olaylar baş verməkdədir. Bu yaxınlarda keçmiş prezidenti Pərviz Müşərrəf ölyəkə dönüb. Barəsində cinayət işi açaraq, onu ölüm olayında suçlayırlar.

 

Ötən gün isə Pakistanın Heydərabad şəhərində deputatlığa daha bir namizəd öldürülüb.

Lent.az-ın məlumatına görə, motosikletdə olan naməlum adam Faxrul İslamı güllələyərək aradan çıxıb.
 

Hələlik bu hücumla bağlı məsuliyyəti üzərinə götürən yoxdur.

 

Faxrul İslam  liberal  “Muttahida Qaumi”  Partiyasının üzvü idi.

Xatırladaq ki, Pakistanda ümummilli seçkilər bu il mayın 11-də keçirilməsi nəzərdə tutulub. 

# 371
avatar

Oxşar yazılar