Bu gün səhər saatlarında Pakistanın Qucrat şəhərində şagirdləri məktəbə aparan avtobusda qaz balonu partlayıb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ən azı 17 uşaq ölüb, 8 uşaq yaralanıb.
Sürücü də yaralılar sırasındadır. Partlayış nəticəsində müəllim də həyatını itirib.