Pakistan hakimiyyəti sülhə nail olmaq üçün «Təhrike- Taliban Pakistan» hərəkatı ilə danışıqlara başlayıb.
Lent.az-ın «RİA Novosti» -yə istinadən məlumatına görə, bu haqda ölkənin daxili işlər naziri Çaudxuri Nisra Əli Xan açıqlama verib.
Onun sözlərinə əsasən, hazırda tərəflər danışıqların mövzularını və görüşün keçiriləcəyi yeri razılaşdırır.
Nazir qeyd edib ki, parlamentdəki fraksiyaların liderləri də danışıqları dəstəkləyir.