Pakistanın təhlükəsizlik qüvvələri rəsmi İslamabadla sülh danışığı üçün qapı açan Taliban lideri Həkimullah məsud ABŞ-ın pilotsuz uçan aparatının həmləsi nəticəsində öldürüldüyünü iddia edib.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, yerli hakimiyyəti bildirib ki, pilotsuzlar ölkənin qərbində Şimali Vəziristan əyalətinə həmlə edib. Bəzin mənbələr oranın taliban lideri Həkimullah Məsudun bazalarından biridir.
Pakistanın yüksək vəzifəli təhlükəsizlik məmuru həmlə nəticəsində H.Məsudun öldürüldüyünü təsdiqləyib.
«BBC» bildirib ki, daha beşə nəfər həlak olub. Onların arasında H.Məsudun iki cangüdəni də var.
Xatırladaq ki, ABŞ –ın Federal Təhqiqat Bürosu onun başına 5 milyon dollar mükafat müəyyən etmişdi.