Pakistan Əfqanıstanla əsas sərhəd-keçid məntəqəsini bağlayıb.
Lentöaz-ın xarici informasiya vasitələrinə istinadən, bu məntəqədən İslamabadla Kabili birləşdirən əsas magistral yolu keçir.
Pakistanın sərhəd rəsmisi «Azadlıq Radiosu»na bildirib ki, buna səbəb Əfqanıstan sərhədçisinin Pakistan rəsmiləri ilə dalaşması olub.
Pakistan mayın 11-də, bazar ertəsi keçiriləcək parlament seçkisi ilə əlaqədar sərhəddə nəzarəti gücləndirib və bildirib ki, yalnız qanuni sənədi olan əfqanlar sərhəddi keçə bilər.
Mənbənin xatırlamasına əsasən, əvvəllər sərhəddi sənədsiz keçmək adi hallardan sayılıb.