Pakistan ABŞ-a nota verib
03 noyabr 2013 02:18 (UTC +04:00)

Pakistan ABŞ-a nota verib

Pakistanın daxili işlər naziri Çoudri Nisar Əli Xan ABŞ-ın pakistanlı taliblərlə sülh danışığını pozmaqda suçlayıb.

 

Lent.az-ın «İTAR -TASS»-a istinadən məlumatına görə, noyabrın 1-də Amerikanın pilotsuz uçan aparatlarının endirdiyi hava zərbələri nəticəsində yerli talibanın lideri Həkimullah məsud da ölüb.

 

Nazir qeyd edib ki, bununla əlaqədar Pakistanla ABŞ arasında əməkdaşlığın «bütün yönlərinə» yenidən baxılacaq.

 

Bundan başqa ABŞ-ın Pakistandakı səfiri ölkənin Xarici İşlərinə çağırılıb və ona etiraz notası təqdim olunub.

 

Xatırladaq ki, Pakistan hakimiyyəti sülhə nail olmaq üçün «Təhrike- Taliban Pakistan» hərəkatı ilə danışıqlara başlamışdı.

 

Tərəflər danışıqların mövzularını və görüşün keçiriləcəyi yeri razılaşdırdır.

 

Parlamentdəki fraksiyaların liderləri də danışıqları dəstəkləyirdi.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 835
avatar

Oxşar yazılar