Özbəkistan dövlət müstəqilliyi bayramı münasibəti ilə Tacikistanla sərhədi bağlayacaq.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları Baş İdarəsi mətbuat mərkəzinin rəhbəri Xoşnud Rəhmətullayev bildirib.
«Özbəkistanın dövlət müstəqliyi günü ilə bağlı qonşu ölkənin hakimiyyəti hər bu tədbiri həyata keçirir»- deyə, o, söyləyib.
Onun sözlərinə əsasən, Özbəkistan tərəfi sentyabrın 1 – 3-də sərhədi bağlayacağı haqda rəsmi yazılı məlumat verib.
Xatırladaq ki, sentyabrın birində Özbəkistan Müstəqillik günün qeyd edəcək. Həmin günlərdə sərhəddən ölkəyə yalnız Rusiya və Özbəkistan vətəndaşları keçə bilir. Özbəkistandan Tacikistana isə Rusiya, birdə evlərinə dönən Tacikistan vətəndaşları buraxılacaq.
Özbəkistanla bu qonşu dövlət arasında sərhədin uzunluğu təxminən 1200 km-dir Hazırda onun 95 faizi razılaşdırılıb.