Olland futbolçulara güzəştə getmir
01 noyabr 2013 04:43 (UTC +04:00)

Olland futbolçulara güzəştə getmir

Fransa prezidenti Fransua Olland bildirib ki, ölkənin aparıcı futbol klublarının təmsilçilərinə yüksək gəlir ləğv edilməyəcək

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə,  həmin qanuna əsasən gəlir vergisi 75 faizədək artırılacaq.

 

Xatırladaq ki, Fransa futbol klubları noyabrın sonuncu bazar günü tətil etmək niyyətində olduqlarını bildirib. Onlar hökumətin milyonçular üçün gəlir vergisini 75 faizədək artırmasına etiraz etmək niyyətindədir.

 

Prezidentlə görüşdən sonra klub rəhbərləri tətil planından əl çəkmədiklərini bildiriblər.

 

Həmin günlərdə birinci və ikinci diviziyanın oyunları keçirilməyəcək. Parlamentində həmin gün bu qanun layihəsinə səs verəcəyi gözlənilir.

 

Məlum olduğu kimi futbolçuların çoxu milyonçudur. Ona görə klub rəhbərliyi onların ölkəni tərk edəcəyindən ehtiyatlanır. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698
avatar

Oxşar yazılar