Obamadan Rusiya ilə bağlı xəbərdarlıq
10 avqust 2013 01:54 (UTC +04:00)

Obamadan Rusiya ilə bağlı xəbərdarlıq

Moskvada anti-Amerika ritorikasının güclənməsi fonunda ABŞ ara verməli və Rusiya ilə münasibətləri yenidən qiymətləndirməlidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Vaşinqtonda keçirilən mətbuat konfransında ABŞ prezidenti Barak Obama çıxış edib. O qeyd edib ki, əvvəllər Moskva ilə Vaşinqton Əfqanıstandakı vəziyyət və Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qəbulu ilə bağlı məsələlərin həllində böyük uğurlara imza atıb. Bununla belə Obama hesab edir ki, Moskvada yenidən “soyuq müharibə” stereotipləri oyanır.

 

ABŞ prezidenti onu da əlavə edib ki, bütün bunlara baxmayaraq onun Rusiya prezidenti Vladimir Putinlə normal münasibətləri var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1277
avatar

Oxşar yazılar