ABŞ prezidenti Barak Obamaya Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenə Rusiyanın müvəqqəti sığınacaq verməsi ilə bağlı jurnalistlər sual verib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, bu məsələyə dair sualdan yayınıb.
Yəmən prezidenti ilə danışıqlardan sonra jurnalistlər Snoudenlə bağlı baş verəni Ağ Evin indiki yiyəsindən şərh etməsini istəyib. Barak Obama bu suala cavab əvəzinə gülümsəyərək, deyib: «Çox sağ olun».