ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı ilə telefonla danışıb.
Lent.az-ın «İnterfaks»a istinadən məlumatına görə, onlar ikitərəfli əməkdaşlıq, təhlükəsizlik və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenlə bağlı məsələləri müzakirə ediblər.
Rusiyanın prezidentinin mətbuat katibi Dmitri Peskov danışığı təsdiqləyərək, deyib: «Amerika tərəfinin təşəbbüsü ilə RF və ABŞ liderlərinin telefon danışığı baş tutub. Obama və Putin iki tərəfli əməkdaşlıq, təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi edib. Bundan başqa onlar Snouden ətrafında yaranmış şəraiti müzakirə ediblər».
Xatırladaq ki, ötən gün E.Snouden siyasi sığınacaq üçün Moskvaya müraciət ünvanlayıb.
***
04.11
ABŞ prezidenti Barak Obama Mərkəzi kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, hazırda qaçqın həyatı yaşayan Edvard Snoudenin məsələsini Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefonla müzakirə etmək niyyətindədir.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, gizli sənədləri yaydığı üçün Amerikada axtarışda olan Snouden Rusiyadan sığıncaq istəyib.
Bir neçə həftədir o, Moskvada Şeremtyev hava limanında yaşayır. Pasportu ləğv edildiyindən Snouden başqa yerə gedə bilmir.
AĞ Evin təmsilçisi Cey Kerni isə bildirib ki, Obamanın Putinlə telefon danışığı hələ bir neçə gün öncə planlaşdırılıb.