ABŞ prezidenti Barak Obama Vaşinqtonda NATO-nun baş katibi Anders Foq Rasmusseni qəbul edəcək.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, görüş zamanı qlobal və bölgə üzrə, o cümlədən Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı yaranacaq təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.
«Baş katibin ABŞ səfərini ABŞ-ın Şimali Atlantik Alyansa və Avropaya münasibətinin vacibliyi, eləcə də Əfqanıstandan Balkanadək yaranmış və meydana gələcək problemlərin həllinə bizim ümumi yanaşmamıza sadiqliyimizin göstəricisidir» -deyə, Ağ Evin səfərə dair yaydığı bildirişdə deyilir.