ABŞ prezidenti köynəyinin yaxasındakı dodaq boyası ləkəsi ilə bağlı danışıb
Ağ Evdə bir mərasimdə ABŞ prezidenti Barak Obamanın köynəyinin yaxasında olan dodaq boyası ləkəsi hər kəsin diqqətini çəkib.
Lent.az-ın verdiyi məlumata görə, Barak Obama hər kəsin diqqətin ona yönəldiyini görərək məsələyə aydınlıq gətirib.
Barak Obama köynəyinin yaxasındakı dodaq boyası izinin müğənni Jessica Sanchezin xalasına məxsus olduğunu bildirib: “Müğənni Jessica Sanchez haradadır? Dodaq boyası ona məxsus deyil, Jessica Sanchezin xalası haradadır? Gördüm, buradaymış. Hər kəs şahid olsun, sonra Mişellə problem yaşamaq istəmirəm”.
Müğənni Jessica Sanchez ilə xalası isə Barak Obamanın bu sözlərinə gülərək reaksiya verdilər.