ABŞ prezidenti Barak Obama Əfqanıstan və Pakistan üzrə yeni özəl təmsilçi təyin edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, təcrübəli diplomat Ceyms Dobbindir. Bu haqda dövlət katibi Con Kerri açıqlama verib.
Bu təyinatı dövlət katibi hər iki dövlət üçün «dönüş nöqtəsi» adlandırıb.
C.Kerri yeni təyinatla bağlı Əfqanıstan və Pakistan liderlərini də məlumatlandırıb.
69 yaşlı Ceyms Dobbins taliban rejimi devrildikdən sonra ABŞ –ın Əfqanıstandakı ilk səfiri olub.
Özəl təmsilçiyə ABŞ-ın bölgədə strateji maraqlarını təmin etmək üçünsi Əfqanıstan və Pakistan üzrə fəaliyyət əlaqələndirmək tapşırığı verilib.