Obama Cenevrə anlaşmasını alqışlayıb
15 sentyabr 2013 07:28 (UTC +04:00)

Obama Cenevrə anlaşmasını alqışlayıb

Barak Obama Suriyanın nüvə ehtiyatının məhv edilməsi üzrə ABŞ-la Rusiya arasında Cenevrədə əldə edilmiş razılığı alqışlayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, xəbərdarlıq edib ki, əgər problem diplomatik yolla həll edilməzsə, o halda ABŞ hərəkət keçməyə hazırdır.

 

Obama qeyd edib ki, problemin həllinə ABŞ-ın hərbi müdaxiləsi təhlükəsi vəziyyətin dəyişməsinə yardım edib. Onun sözlərinə əsasən, bu həm də Suriyadakı rejimin kimyəvi silah tətbiqi təhlükəsi ehtimalını aradan qaldırıb.

 

«Problemlə bağlı önəmli uğur əldə edilsə də, hələ görüləcək çoxlu iş var»-deyə, ABŞ lideri vurğulayıb.

 

BMT-nin baş katibi Pan Ge Mun da bu razılaşmanı alqışlayaraq, ümid edib ki, Suriyadakı kimyəvi silah üzərində nəzarət sülh müqaviləsinin bağlanmasına yardım edər və suriyalıların məşəqqətinə son qoyular. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720
avatar

Oxşar yazılar