ABŞ prezidenti Barak Obama Nyu-Yorkda BMT-nin mənzil qərargahında dinləmələrin məhdudlaşdırılmasına dair tapşırıq verib.
Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, bu göstəriş xarici dövlət liderlərinin izlənilməsi ilə bağlı qalmaqaldan sonra verilib.
Ağ ev rəsmilərindən biri agentliyə bildirib ki, ABŞ BMT-nin mənzil qərargahında elektron müşahidə aparmır, bununla elə o, bunun keçmişdə də edilmədiyini söyləməyib.