Norveçli qatil Anders Breyvikini adı açıqlanmayan tərəfdarları İsveç kralı XVI Qustavı ölkənin cənubundakı Karlstad şəhərinə səfəri zamanı partlayış törədəcəklərini bildiriblər.
Lent.az-ın Ermənistanın informasiya vasitələrinə istinadən məlumatına görə, terrorçular hədələyici müraciətlərini yerli qəzetlərdən birinə göndərib.
Məktubda bildirilib ki, onlar vilayətin administrasiyası binasının qarşısında 4 bomba partladacaq.
Məlumata əsasən, kral Qustav hakimiyyətinin 40 illiyi münasibəti ilə ölkənin səyahətə çıxıb.
Xatırladaq ki, 2011-ci il iyulun 22-də Anders Breyvik Osloda 77 nəfər dinc sakini qətlə yetirdiyi üçün 2012-ci ilin avqustunda 21 il azadlıqdan məhrum edilib.