Netanyahu : «Sanksiyaları hərbi əməliyyatlar müşayiət etməlidir»
13 iyun 2013 07:33 (UTC +04:00)

Netanyahu : «Sanksiyaları hərbi əməliyyatlar müşayiət etməlidir»

«İranın nüvə proqramının qarşısını almaq üçün ticarət sanksiyalar yetərli deyil».

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bunu

yəhudi dövlətin baş naziri Benyamin Netanyahu Polşaya səfəri zamanı bildirib.

 

«İranın nüvə ambisiyalarının qarşısını almaq üçün təkcə sanksiyalar kifayət deyil. Bu sanksiyaları inandırıcı hərbi hədə-qorxu da müşayiət etməlidir. Tehran rejimi başa düşməlidir ki, bütün yollardan istifadə edilərək, onun nüvə silahı proqramını tamamlamasının qarşısı alınacaq» – B. Netanyahu vurğulayıb.

 
Xatırladaq ki, İsrail İranı «islamçı qruplaşmalara dəstəyi, uzaq-mənzilli raket arsenalı və inkişaf etməkdə olan nüvə proqramına görə özü üçün ən böyük təhlükə» hesab edir.

 

İran isə nüvə proqramının dinc məqsədlər daşıdığını iddia edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740
avatar

Oxşar yazılar