İsrailin baş naziri Binyamin Netaniyahu «BBC- Persian TV»-yə müsahibə verib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, müsahibədə əsasən ingiliscə danışan yəhudi dövlətinin hökumət başçısı bəzi ifadələri farsca söyləyib.
Onun farsca deyib :«Əgər ayətullalar nüvə silahı əldə etsə, onda İran xalqı tiranlıqdan heç vaxt azad olmayacaq. Əbədi olaraq, kölə kimi yaşayacaqsınız».
Prezident Həsən Ruhaninin «Milli təhlükəsizlik və nüvə diplomatiyası» kitabını göstərən B.Netaniyahu deyib ki, bu kitab yeni prezident olmuş Həsən Ruhaninin qərbə bilərəkdən yalan danışdığını təsdiqləyir.
Müsahibəsini o, farsca bitirib: «İran xalqının azad olmağa cəhd göstərdiyini, normal yaşamaq istədiyini bilirəm. İrandakı indiki rejim çökəndən sonra israillilərlə iranlılar sülh şəraitində yaşaya bilər».