Hindistanda 8 ay əvvəl törədilmiş dəhşətli cinayətin üstü açılıb.
Lent.az “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Hindistan polisi insan qurban kəsməkdə şübhəli sayılan bir ailənin 8 üzvünü saxlayıb.
Ailə üzvləri 9 yaşlı Sapnı Palaskarı öldürməkdə şübhəli sayılırlar. Öldürülən qızın nənəsi Yaşobadai Meşram polisə ifadəsində deyib ki, qohumlardan biri yuxusunda Allahın insan qurban kəsilməsini tələb etdiyini görüb. Ailə üzvləri hindu dini cərəyanlarından birinin üzvüdürlər və həmin dini cərəyana görə Allahın arzusu müzakirə belə edilə bilməz. Ailə üzvləri də Sapnı Palaskarı qurban verməyə qərar veriblər. Yerli kahin Şelki Buvanın apardığı mərasimdə elə nənənin özü sevimli nəvəsinin boğazını kəsib. Öncə nənə nəvəsinin qanından içib, sonra da nəvəsinin qanını bir qaba dolduraraq Allaha təklif etmək üçün ibadətgaha aparıb.
Qeyd edək ki, 9 yaşlı qızın paltarı və sümükləri mayın 20-də tapılıb. Ekspertiza həmin sümüklərin 8 ay əvvəl itkin düşmüş Sapnı Palaskara məxsus olduğunu müəyyənləşdirib.