Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev YUNESKO-nun Sülh Mədəniyyəti İnstitutunun direktoru, Beynəlxalq "Avropa-Asiya" Humanitar Akademiyasının prezidenti Enqel Taqirovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Nazir YUNESKO-da Azərbaycana böyük maraq olduğunu vurğulayıb: "Bu mədəniyyət, təhsil, turizm və digər sahələrdə hiss olunur. Biz də bu əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıyıq. Beynəlxalq tədbirlərin təşkilində artıq uğurlu nümunələr ortaya qoya bilmişik".
Səmimi qəbula görə minnətdarlığını bildirən YUNESKO-nun Sülh Mədəniyyəti İnstitutunun direktoru Bakıda olmaqdan məmnunluğunu ifadə edib. Qeyd edib ki, Azərbaycanla həm YUNESKO-nun, həm də institutun xətti ilə qurulan münasibətlər çox məhsuldar və əhəmiyyətlidir.
Görüşdə E. Taqirov Ə. Qarayevə mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə "Avropa-Asiya" Beynəlxalq Humanitar Akademiyasının xüsusi diplomu və Fəxri akademik lenti təqdim edib.