NATO ilə Rusiya yenə  görüşüb, dağılışdı
24 aprel 2013 05:11 (UTC +04:00)

NATO ilə Rusiya yenə  görüşüb, dağılışdı

NATO ilə Rusiya razılığa gələ bilməyib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qurumun baş katibi Anders Foq Rasmussen deyib ki, NATO-Rusiya Şurasının Brüsseldə keçirilən görüşündə fəallıq hiss olunsa da, Avropada hava hücumlarından müdafiə sistemi məsələsində elə bir irəliləyiş olmayıb.


Rusiyanın xarici işlər naziri Sergey Lavrov da görüş çərçivəsində ABŞ dövlət katibi Con Kerri ilə ayrıca müzakirə aparıb.

 

 Bu görüşdə əsasən Suriyadakı vəziyyət müzakirə olunub.

Məsələ ilə bağlı bundan əvvəl NATO ölkələrinin xarici işlər nazirləri də danışıqlar aparıb. Alyansa üzv ölkələr qonşu Suriya ilə gərginlikdə Türkiyəni müdafiə etməyə hazır olduqlarını bildiriblər.

Rasmussen xüsusilə Suriya rejiminin üsyançılara qarşı kimyəvi silah işlətməsi barədə məlumatlardan dərin narahat olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468
avatar

Oxşar yazılar