NATO-nun baş katibi Anders Foq Rasmussen Londonda törədilmiş terror aksiyası ilə bağlı Şimali Atlantika Birliyiinin Britaniya xalqının yanında olduğunu bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qurumun baş katibi deyib:«Mən bu Barbar cinayətdən dəhşətə gəlmişəm. Belə hücumlara heç vaxt haqq qazandırmaq olmaz».
Xatırladaq ki, Londonun cənub-şərqində Vulçedə baş vermiş olay terror aktı nəticəsində Britaniya ordusunun bir hərbçisi həlak olub. Hadisə yerinə gəlmiş polis teraktı törədən iki nəfəri yaralayıb.
Ölkənin baş naziri Devid Kemeron bu hadisəni «ağılagəlməz cinayət» adlandırıb. «Britaniya cəmiyyəti belə hücumlar qarşısında heç vaxt əyilməyəcək»-deyən, hökumət başçısı Fransa səfərini yarımçıq saxlayaraq, Londona dönüb.