Narkomafiyanın əlaltsı olan İspaniya və Peru şirkətlərinə sanksiya
30 oktyabr 2013 06:42 (UTC +04:00)

Narkomafiyanın əlaltsı olan İspaniya və Peru şirkətlərinə sanksiya

ABŞ hakimiyyəti İspaniya və Perunun bir sıra vətəndaşlarına, şirkətlərinə qarşı sanksiya tətbiq edib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, oktyabrın 29-da ölkənin Maliyyə Nazirliyi açıqlayıb.

 

Buna səbəb həmin şəxslər və şirkətlərin narkomafiyaya məxsus çirkli pulların yuyulmasında iştirak etməsi göstərilib.

 

İspaniya ilə Perunun  vətəndaşı  Luis Kirosvə ispan həyat yoldaşı Mariya Badilo bu sanksiyaya məruz qalanlardandır. Madirddə və Limada onların adına qeydiyyatdan keçən 5 şirkət «qara siyahıya» düşüb. Onlar narkotik maddələrdən gələn gəliri Madriddən Kolumbiyadakı narkotacirlərin hesabına köçürürmüş.

 

ABŞ Maliyyə Nazirliyinin idarə rəisi Adam Şubin bildirib ki, materikdən olan narkobaronlar Amerika ərazisindən kənara çıxır, onlar Avropa qitəsində fəallaşmaqdadır. Onun sözlərinə görə, İspaniyada dail olmaqla Avropa dövlətləri son illər narkotik maddələrin yayılmasının qarşısını almaq üçün sərt tədbirlər görür.  Oktyabrın 29-da tətbiq edilən sanksiyanı o, «bu addımların dəstəklənməsi» kimi dəyərləndirib.

 

Adları «qara siyahıya» düşənlərin ABŞ-dakı bank hesabları dondurulacaq. Bundan başqa amerikalılara onlarla istənilən işgüzar təmasa girmək yasaqlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653
avatar

Oxşar yazılar