Suriya müxalifətinin lideri Müəz əl-Xətib Dəməşqdəki rejim başçısı Bəşar Əsədi bacardığı qədər tez istefa verməyə çağırıb.
Lent.az-ın «nysuru»-ya istinadən məlumatına görə, müxalifət lideri Əsəddən 20 gün içində hakimiyyətdən imtina etməyə təklif edib.
M.əl-Xətib B.Əsədə hakimiyyəti baş nazir və ya prezidentin-müavininə təhvil verib, 500 nəfərlik qohum-əqrəbası və yaxınları ilə birlikdə ölkədən çıxıb, getməyi də təklif edib.
Bu tələbləri yerinə yetirilməyəcəyi halda müxalifət Dəməşqi ələ keçirənədək döyüşü davam etdirəcəklərini bildirib.