İrandakı hakimiyyətə müxalifət qurumun təmsilçisi ölkənin mərkəzində gizli nüvə müəssisəsinin tikildiyini bildirib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb.
İran Xalq Mücahidləri Təşkilatının təsis etdiyi Milli Müqavimət Şurasının təmsilçisi Mehdi Əbrişəmçinin sözlərinə əsasən, Tehran hakimiyyəti ölkənin Mübarək şəhərinin 10 km-liyində, dağlarda, 600 metr dərinlikdə, yüksək səviyyədə qorunan yeni nüvə obyekti tikib.
Əbrişəmçi qeyd edib ki, bu obyekt haqqında Atom üzrə Beynəlxalq Agentliyinə məlumat veriblər.