Qahirədə Prezident Sarayı qarşısında aksiyaçıların sayı hər keçən dəqiqə artır.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, prezident Məhəmməd Mursinin istefasını tələb edən aksiyaçılar prezidenti dəstəkləyən Müsəlman Qardaşları Hərəkatının mərkəzi binalarını yandırıblar.
Olayların böyüməsi fonunda 4 nazir – ekologiya naziri Halid Fehmi, rabitə naziri Atıf Hilmi, turizm naziri Hişam Zazu və hüquqi işlər və məclis naziri Hatim Bacatu istefa verib.
Bu arada Misir Səhiyyə Nazirliyi ölkə miqyasında müxalif qruplarla “Müsəlman Qardaşları” Hərəkatının üzvləri arasında 2 gün ərzində baş verən toqquşma zamanı 30 nəfərin öldüyünü, 700 nəfərin yaralandığını açıqlayıb.
Aksiyalarda istefası tələb olunan Məhəmməd Mursi isə Almaniya mətbuatına müsahibəsində istefa vermək niyyətində olmadığını, Misirdə ikinci inqilab baş verməyəcəyini söyləyib.