Misirin ordu tərəfindən devrilmiş prezidenti Məhəmməd Mursinin işi Cinayət Məhkəməsinə göndərilib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Məhəmməd Mursi 5 dekabr 2012-ci ildə Prezident Sarayı önündə keçirilən aksiyalar zamanı aksiyaçıları öldürtməyə çalışmaqda günahlandırılır.
Misir Baş Prokurorluğu Məhəmməd Mursi ilə bərabər, “Müsəlman Qardaşları” Hərəkatının (İhvan) 14 liderinin də işini məhkəməyə göndərib.