Mursi qubernatorları dəyişdi, Misir yenə qarışdı
17 iyun 2013 14:24 (UTC +04:00)

Mursi qubernatorları dəyişdi, Misir yenə qarışdı

Misir prezidenti Məhəmməd Mursi 17 yeni qubernator təyin edib.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu təyinatdan sonra ölkənin 27 əyalətindən 8-ə islamçılar rəhbərlik edəcək.

 

Onların arasında keçmiş ekstremist qruplaşmaların da üzvləri var. Məhəmməd Mursi 5 əyalətə ordu generalını, 3 əyalətə müstəqil siyasətçini, bir əyalətə isə liberal yönümlü siyasətçini qubernator təyin edib.

Əhalinin ən çox narazılığına səbəb Luksor əyalətinə təyin edilən yeni qubernatorla bağlıdır. Qeyd edək ki, 1997-ci ildə bu əyalətdəki Xatşepsut məbədi yaxınlığında 58 xarici turist güllələnib. Bu terror aktını “Əl-Qamaa əl-islamiyə” qruplaşması təşkil edib. İndi Misir prezidenti bu qruplaşmanın üzvü olmuş Adel Əsəd Məhəmməd əl-Xayyat bu əyalətin qubernatoru təyin edib.

Luksor sakinləri artıq küçələrə çıxıb, bu təyinata etirazlarını bildirir, bunun yeni qətliam törətməklə eyni məna verdiyini bəyan edirlər.

Dakaxliya, Dumyat, İsmailiyyə, Minufiya əyalətlərinin sakinləri də yeni qubernator təyinatından narazıdırlar. “6 Aprel” Gənclər Təşkilatı bəyan edib ki,  yeni qubernatorun Minufiya əyalətinə gəlişinin qarşısını almaq üçün canlı qalxan olacaqlar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712

Oxşar yazılar

NASA-da qalmaqal   – Ay daşlarını oğurlayıb sevgilisinə hədiyyə etdi

NASA-da qalmaqal – Ay daşlarını oğurlayıb sevgilisinə hədiyyə etdi

16 may 2025 , 06:59
Trampın on birinci nəvəsi  dünyaya gəldi

Trampın on birinci nəvəsi dünyaya gəldi

16 may 2025 , 02:53
8 il əvvəl  itkin düşən qızın meyiti başqa ölkədə  TAPILDI

8 il əvvəl itkin düşən qızın meyiti başqa ölkədə TAPILDI

15 may 2025 , 17:28
İnternetdə daxili orqanlarını  satmaq istəyirdi, saxlanıldı

İnternetdə daxili orqanlarını satmaq istəyirdi, saxlanıldı

15 may 2025 , 14:54
Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

15 may 2025 , 14:40
Varan yeni doğulmuş körpəni yedi

Varan yeni doğulmuş körpəni yedi

15 may 2025 , 12:48
Məşhur aktyor müharibədə həlak oldu

Məşhur aktyor müharibədə həlak oldu

15 may 2025 , 10:28
Macarıstan Ukrayna PUA-sını vurdu

Macarıstan Ukrayna PUA-sını vurdu

15 may 2025 , 01:33