Avqustun 13-də «Hizbullah» tərəfindən maliyyələşdirilən Livanın «əl-Miadin» telekanalı bildirib ki, hazırda həbsdə olan Misirin devrilmiş prezidenti Məhəmməd Mursi etiraz aksiyası keçirən tərəfdarlarını polis qovacağı halda aclıq aksiyası keçirəcəyini bəyan edib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Mursi bildirib ki, etiraz aksiyaların yalnız o, dayandıra bilər, bunun üçünsə onun müəyyən şərtləri var.
Avqustun 13-də «Müsəlman qardaşları» Məhəmməd Mursinin prezidentliyinin bərpası tələbi ilə «Milyonların yürüşü» adı altında öz tərəfdarlarını etiraz aksiyası keçirməyə çağırıblar.