Münhendə Suriya müxalifəti ilə Lavrovun da görüşəcəyi gözlənilir
02 fevral 2013 00:27 (UTC +04:00)

Münhendə Suriya müxalifəti ilə Lavrovun da görüşəcəyi gözlənilir

Suriya müxalifətinin təmsilçiləri fevralın 2-də Münhenə səfər edəcək.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, onların Almaniyada Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın yüksək vəzifəli diplomatı, habelə BMT-nin təmsilçisi ilə görüşəcəkləri gözlənilir.

Görüş zamanı Suriyada hakimiyyətin təhvil verilməsi prosesinin müzakirəsi nəzərdə tutulub.

Xəbər yayıldıqdan sonra Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov «Twitter.com»-da S. Lavrovun belə bir görüşdə iştirakını təkzib edib.

Suriya müxalifəti birliyinin təmsilçisi isə bildirib ki, koalisiyanın lideri Müəz əl-Xətib Münhendə ABŞ prezidentinin müavini Cozef Bayden, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BMT-nin xüsusi nümayəndəsi Lahdar Brahimlə görüşəcək.

 

Mənbənin bildirdiyinə görə, əgər bu informasiya öz təsdiqini taparsa, o zaman bu ABŞ, Rusiya təmsilçilərinin eyni vaxtda yüksək səviyyədə Suriya məsələsi ilə bağlı ilk görüşü olacaq.

Xatırladaq ki, Suriya hakimiyyətinin təhvil verilməsi ilə bağlı Vaşinqtonla Moskva arasında fikir ayrılığı var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527
avatar

Oxşar yazılar