Meksikanın Miçoakan ştatında yerli müəllimlərin artıq iki sutkalıq etiraz yürüşünə maye qazla dolu avtosistern doğur hərəkət edib.
Lent.az-ın «interfaks» -a istinadən məlumatına görə, 8 nəfər olayın qurbanı olub, bir neçə yürüşçü çeşidli dərəcədə yaralanıb.
Mənbə məlumatına əsasən, avtomobilin əyləci işləməyib, nəticədə sürücü faciənin qarşısını ala bilməyib.
Müəllimlər avtomobil yolunu kəsərək, ölkədə aparılan təhsil islahatına qarşı etiraz aksiyası keçirirmiş.
Hadisə yerində xilasedicilər çalışıb.